Onlayn ödənişlər


Müraciət ərizəsində obyektlər və həmin obyektlərdə həyata keçirilən təsərrüfat fəaliyyəti ilə bağlı yanlış və tam olmayan məlumatların daxil edilməsinə görə qida subyektləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

"Lisenziya və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qida obyektləri müraciət ərizəsinin qəbul edildiyi tarixdən 7 iş günündən gec olmayaraq qeydiyyata alınır.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qida obyektlərinin qeydiyyatı ilə bağlı tətbiq olunan dövlət rüsumunun məbləği 150 AZN təşkil edir.